Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək.
Futbol
16 Aprel , 2024 09:22
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək.

“Report”un məlumatına görə, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxacaq.

Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

Qeyd edək ki, mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.

Son xəbərlər

Orphus sistemi