Çempionlar Liqası: "Milan" və "İnter" uduzub, "Mançester Siti" 6 qolla qalib gəlib

Çempionlar Liqası: "Milan" və "İnter" uduzub, "Mançester Siti" 6 qolla qalib gəlib UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.
Futbol
705
16 Sentyabr , 2021 00:59
Çempionlar Liqası: Milan və İnter uduzub, Mançester Siti 6 qolla qalib gəlib

UEFA Çempionlar Liqasında ilk turun son 6 görüşü keçirilib.

"Report"un məlumatına görə, məhsuldar gecənin ən bolqollu qarşılaşması ötən mövsümün finalçısı "Mançester Siti"nin İngiltərədə Almaniya "Leyptsiq"i ilə oyununa təsadüf edib. Bu matçda qapılara 9 qol vurulub və "şəhərlilər" 6:3 hesabı ilə qalib gəliblər.

A qrupunun digər oyununda Fransa PSJ-si Belçikada "Brügge" ilə heç-heçə edib - 1:1. Paris komandasının yeni transferi Lionel Messi qol vura bilməsə də, sarı vərəqə ilə yadda qalıb.

B qrupunda "Liverpul"un İngiltərədə İtaliya "Milan"ı ilə keçirdiyi görüşdə isə 5 qol qeydə alınıb. Bu oyunda da meydan sahibləri qələbə qazanıb - 3:2. "Liverpul"un qollarından birini vuran Məhəmməd Salah həm də penaltini qaçırıb. Qrupun digər görüşündə "Atletiko" İspaniyada Portuqaliya "Portu"su ilə qolsuz heç-heçə edib.

C qrupunda Niderland "Ayaks"ı gözlənilmədən "Sportinq"i Portuqaliyada darmadağın edib - 5:1. Qollardan 4-nü Sebastyan Alle vurub. Qrupun digər görüşündə "Beşiktaş" Türkiyədə Almaniyanın "Borussiya" (Dortmund) komandasına yenilib - 1:2.

D qrupunda isə diqqətlər İtaliyada "İnter" və İspaniya "Real Madrid"i arasındakı matça yönəlib. 89-cu dəqiqədə fərqlənən Rodriqo "kral klubu"na qələbə qazandırıb - 1:0. Qrupun digər oyununda "Şerif" Moldovada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

15 sentyabr

A qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 6:3

Qollar: Natan Ake, 16. Nordi Mukiele, 28 (öz qapısına). Riyad Mahrez, 45+2. Cek Qriliş, 56. Joau Kanselu, 75. Qabriel Jezus, 85 - Kristofer Nkunku, 42; 51; 73

Qırmızı vərəqə: Anxelino, 79 ("Leyptsiq")

23:00. "Brügge" (Belçika) - PSJ (Fransa) - 1:1

Qollar: Hans Vanaken, 27 - Ander Errera, 15

B qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 0:0

Qırmızı vərəqə: Şansel Mbemba, 90+5 ("Portu")

23:00. "Liverpul" (İngiltərə) - "Milan" (İtaliya) - 3:2

Qollar: Fikayo Tomori, 9 (öz qapısına). Məhəmməd Salah, 49. Cordan Henderson, 69 - Ante Rebiç, 42. Brahim Dias, 44

İstifadə olunmamış penalti: Məhəmməd Salah, 14 ("Liverpul")

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2

Qollar: Fransisko Montero, 90+4 - Cud Bellingem, 20. Erlinq Holann, 45+3

23:00. "Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland) - 1:5

Qollar: Paulinyo, 33 - Sebastyan Alle, 2; 9; 51; 63. Stiven Bergeys, 39

D qrupu

20:45. "Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0

Qollar: Adama Traore, 16. Momo Yansane, 62

23:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Rodriqo, 89

22:42

UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.

"Report"un məlumatına görə, Türkiyədə "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 20-ci dəqiqədə Cud Bellingem açıb. 45+3-cü dəqiqədə isə Erlinq Holann fərqi artırıb. Meydan sahiblərinin təsəlli qolunu 90+4-cü dəqiqədə Fransisko Montero vurub.

Moldova təmsilçisi "Şerif" isə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşmada sensasion qələbəyə imza atıb. İlk qolu Adama Traore 16-cı dəqiqədə vurub. 62-ci dəqiqədə isə Momo Yansane yekun nəticəni müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, turun son 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi