“Çelsi” Joze Mourinyu ilə yeni müqavilə imzalamaq niyyətindədir

Futbol
  • 20 fevral, 2015
  • 19:26
“Çelsi” Joze Mourinyu ilə yeni müqavilə imzalamaq niyyətindədir

Bakı. 20 Fevral. REPORT.AZ/ "Çelsi” futbol klubu baş məşqçi Joze Mourinyu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

"Report" xəbər verir ki, tərəflər yayda dörd illik yeni saziş imzalamağa hazırlaşırlar.

Portuqaliyalı məşqçinin “Çelsi” ilə indiki müqaviləsinin başa çatmasına iki il qalır, lakin klub onunla əməkdaşlığının müddətini irəlicədən uzatmaq niyyətindədir.