“Cəbrayıl” klubunun baş məşqçisi: Altı oyunda uduzmaqla çempionluq şansını itirdik

“Cəbrayıl” klubunun baş məşqçisi: Altı oyunda uduzmaqla çempionluq şansını itirdik Bilirsiniz ki, maksimalist insanam. Nəticədən o qədər də razı deyiləm. 6 oyunda məğlub olmağımız, məni heç vaxt razı sala bilməz. Düşünürəm ki, çempionluq şansını məhz bu oyunlardakı məğlubiyyətlərə görə itirdik.
Futbol
24 May , 2024 17:58
“Cəbrayıl” klubunun baş məşqçisi: Altı oyunda uduzmaqla çempionluq şansını itirdik

Nəticədən o qədər də razı deyiləm. Mövsüm ərzində altı oyunda uduzmaqla çempionluq şansını itirdik.

Bunu “Report”a açıqlamasında Azərbaycan II Liqasında çıxış edən “Cəbrayıl” klubunun baş məşqçisi Cavid Hüseynov deyib.

Azərbaycan millisinin keçmiş futbolçusu həm mövsümü dəyərləndirib, həm də pley-off matçı haqda düşüncələrini bölüşüb: “İstənilən halda, yüksək pillələrdə yer alan komandalarla oyunda cəmi bir xal yığırsansa, çempionluqdan əlini üzə bilərsən. Yenə də ikinci yeri tutmağımız çox da pis nəticə deyil. Pley-offa gəlincə, reqlamentə görə “Difai Ağsu” ilə oynamalıyıq. Komanda daha təcrübəli futbolçulardan təşkil olunub. Ona görə də pley-offda favorit məhz onlardır. Çünki biz II, Ağsu klubu isə I Liqada çıxış edir. Pley-off iki oyundan ibarətdir. Çalışacağıq əlimizə düşən şanslardan ən yaxşı şəkildə yararlanaq”.

Baş məşqçi komandası II Liqada qalacağı təqdirdə büdcənin azalacağını söyləyib: “Büdcə baxımından vəziyyətimiz çətindir. Sağ olsun, sponsorumuz bizə dəstək verdi. Cəbrayıl rayon İcra Hakimiyyəti də dəstəyini göstərdi. Ancaq II Liqada qalsaq, yəqin ki, büdcə bir qədər azalacaq. Öz karyerama gəlincə, məqsədim Azərbaycan Premyer Liqasında işləməkdir. Təklifləri dəyərləndirəcəyəm. “Cəbrayıl” klubunun təsisçisi özüməm. Ümid edək ki, I Liqaya vəsiqə qazanacağıq. Bu da işimizin daha rahat getməsi üçün yaxşıdır”.

Qedy edək ki, “Cəbrayıl” II Liqada mövsümü 58 xalla ikinci pillədə bitirib. Komanda I Liqaya yüksəlmək üçün iki oyundan ibarət pley-offda I Liqada 9-cu olan “Difai Ağsu”nu keçməlidir.

Son xəbərlər

Orphus sistemi