Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq

Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.
Futbol
18 Dekabr , 2023 08:00
Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

“Report” xəbər verir ki, AL-in pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində başlayacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının 8 qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulan oyunlarda “Qarabağ”ın ilk matçı səfərdə baş tutacaq.

“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Ukrayna).

Xatırladaq ki, daha öncə “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev “Yanq Boyz”u Ağdam təmsilçisi üçün ən münasib rəqib hesab edib.

Niderlandın “Feyenoord” klubunun azarkeşlərinin əksəriyyəti isə pley-off mərhələsində Azərbaycan komandası ilə üz-üzə gəlmək istəyirlər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə İsveç təmsilçisi “Hekken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveçlilər isə hesabına xal yazdıra bilməyiblər.

Son xəbərlər

Orphus sistemi