“Qarabağ”ın sabiq hücumçusu: “Mümkün rəqiblər arasında ən münasibi “Yanq Boyz”dur”

“Qarabağ”ın sabiq hücumçusu: “Mümkün rəqiblər arasında ən münasibi “Yanq Boyz”dur” “Mümkün rəqiblər arasında ən münasibi “Yanq Boyz”dur”.
Futbol
15 Dekabr , 2023 14:27
“Qarabağ”ın sabiq hücumçusu: “Mümkün rəqiblər arasında ən münasibi “Yanq Boyz”dur”

“Mümkün rəqiblər arasında ən münasibi “Yanq Boyz”dur”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən deyib.

34 yaşlı hücumçu növbəti raunddakı mümkün rəqiblərin hamısının çox güclü olduğunu bildirib: “Növbəti rəqib Çempionlar Liqasından gələn olacaq. Hamısının gücü məlumdur. “Qarabağ” üçün çox çətin olacaq. Ən münasibi sayılan “Yanq Boyz” belə yaxşı vəziyyətdədir. İsveçrə klubu ilə yanaşı, bəlkə də kimlərsə “Lans”ın adını çəkər. Ancaq onların “Sevilya” ilə oyunlarını gördüm, çox təhlükəli komandadırlar”.

Rauf Əliyev “Qarabağ”ın qrup mərhələsindəki çıxışını da dəyərləndirib. O, “Molde” ilə Norveçdəki qarşılaşmanın (2:2) həlledici olduğunu düşünür: “Öncədən proqnozlaşdırıldığı kimi, favorit “Bayer 04” birinci yeri tutdu. Digər üç komanda ikincilik uğrunda mübarizə aparacaqdı. “Qarabağ” yaxşı oyunlar göstərdi, vacib matçlarda xallar qazanmağı bacardı. Xüsusən də “Molde” ilə səfər qarşılaşmasını qeyd edərdim. Norveçdə vurulan son dəqiqə qolu ikinci yerin taleyini həll etdi”.

Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Bu raundun püşkü dekabrın 18-də atılacaq. Oyunlar isə 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi