Niderlandın “Feyenoord” klubunun azarkeşlərinin əksəriyyəti UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gəlmək istəyirlər.
"Report" xəbər verir ki, "FR12.nl" saytı bununla bağlı sorğu keçirib.
Səsvermədə iştirak edən 14394 fanatın 33 faizi Azərbaycan təmsilçisinə rəqib olmaq istədiklərini bildiriblər.
Ölkə çempionunun tərəfdarları Fransanın "Marsel", "Renn" və Portuqaliyanın "Sportinq" komandasını bu raundda münasib rəqib hesab etmirlər.
Qeyd edək ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Püşkatma mərasimi dekabrın 18-də olacaq. Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.