BŞİH və RİİB əməkdaşları arasında minifutbol üzrə yoldaşlıq görüşü olub

BŞİH və RİİB əməkdaşları arasında minifutbol üzrə yoldaşlıq görüşü olub Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edilir.
Futbol
29 İyun , 2024 12:41
BŞİH və RİİB əməkdaşları arasında minifutbol üzrə yoldaşlıq görüşü olub

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları arasında minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.

"Report" xəbər verir ki, Səbail rayonunun Salyan şossesindəki idman və istirahət parkında təşkil edilən oyunu hər iki qurumun rəhbərləri, əməkdaşları və cəmiyyətin könüllüləri izləyiblər.

Əsas məqsədi idmanın və sağlam həyat tərzinin təbliği, eyni zamanda qurum əməkdaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi olan matç böyük maraqla qarşılanıb və azarkeşlərin alqışları ilə müşayiət olunub.

Yüksək əhval-ruhiyyə ilə başa çatan oyundan sonra komandalar birgə xatirə şəkli çəkdirib və belə matçların ənənəvi olaraq keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasındakı səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil olunur.

Son xəbərlər

Orphus sistemi