"Qəbələ" braziliyalı hücumçunu transfer etmək istəyir

"Qəbələ" braziliyalı hücumçunu transfer etmək istəyir "Qəbələ" klubu Braziliyanın "Parana" komandasının futbolçusu Rafael Alemaonu heyətinə qatmaq istəyir. 
Futbol
19 Avqust , 2020 11:58
Qəbələ braziliyalı hücumçunu transfer etmək istəyir
Rafael Alemao

"Qəbələ" klubu Braziliyanın "Parana" komandasının futbolçusu Rafael Alemaonu heyətinə qatmaq istəyir.

Bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisi 24 yaşlı hücumçu ilə danışıqların davam etdiyini söyləyib.

Qeyd edək ki, Rafael Alemao "Parana"nin yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. "Qəbələ" daha əvvəl "Vitoriya"nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.

11:24

Braziliyanın B Seriyasında çıxış edən "Parana" komandasının futbolçusu Rafael Alemao karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report" "Gazetadopovo" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Premyer Liqa təmsilçilərindən biri ilə danışıqlar aparır.

Nəşr həmin komandanın adını açıqlamayıb. Alemao hazırda klubundan ayrılmağı düşünür və müqaviləsinin ləğv edilməsi üçün səy göstərir.

Qeyd edək ki, Rafael Alemao "Parana"nın yetirməsidir.

Son xəbərlər

Orphus sistemi