Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Ronaldunu transfer etmək istəyir Braziliyanın "Flemanqo" komandası Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunu transfer etmək istəyir.
Futbol
26 Noyabr , 2022 01:29
Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliyanın "Flamenqo" komandası Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunu transfer etmək istəyir.

"Report" "Veja"ya istinadən xəbər verir ki, klub rəhbərliyi 37 yaşlı hücumçuya müqavilə təklif etmək imkanları ilə bağlı məsləhətləşmələr aparır.

Təcrübəli forvardın mümkün transferi Libertadores Kubokunun oyunları ərəfəsində ciddi güclənmək məqsədi daşıyır. Ronaldu ilə danışıqlar başlamasa da, "Flamenqo" onun keçidində maraqlıdır.

Qeyd edək ki, Kriştianu Ronaldu bir neçə gün öncə İngiltərənin "Mançester Yunayted" kollektivi ilə vidalaşıb. Hazırda yığma ilə birlikdə Qətərdə keçirilən dünya çempionatında iştirak edən ulduz futbolçu bu mövsüm Premyer Liqada 16 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi