Bosniya və Herseqovina millisinin baş məşqçisi: "Bizim üçün hələ hər şey bitməyib"
Futbol
- 19 iyun, 2026
- 03:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bosniya və Herseqovina millisi üçün hər şey bitməyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunuadıçəkilən yığmanın baş məşqçisi Serqey Barbarez DÇ-2026-nın qrup mərhələsində İsveçrəyə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis ağır məğlubiyyətə baxmayaraq, komandasının mübarizəni davam etdirəcəyini vurğulayıb:
"Bu nəticə bizim üçün çox ağırdır. Lakin hələ hər şey bitməyib və qarşıda daha bir vacib oyunumuz var. Bəhanə axtarmağı sevmirəm. Müəyyən məqamlarda yaxşı çıxış etdik, amma buraxdığımız səhvlər bizə baha başa gəldi. İndi əsas məqsədimiz tez toparlanmaq və növbəti görüşə hazırlaşmaqdır".
Qeyd edək ki, Bosniya və Herseqovina İsveçrəyə 1:4 hesabı ilə məğlub olub.
Son xəbərlər
09:47
Azərbaycan ADB-nin aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılması proqramına daxil edilib
Maliyyə
09:45
"Legion Financial" 1 milyon manatlıq istiqraz buraxır
Maliyyə
09:43
Novxanı-Pirşağı yolunda baş verən avtoqəzada 5 nəfər xəsarət alıb
Hadisə
09:42
Cud Bellinqem "Real"da yeni nailiyyətlərə imza atıb
Futbol
09:37
ADB 2030-cu ilə qədər ilk strateji biznes icmalını təsdiqləyib
Maliyyə
09:35
"Kristal Bakı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:27
Foto
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
Fərdi
09:26
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
Media
09:25
EBRD Azərbaycandakı riteylerin investisiya proqramını dəstəkləməyi planlaşdırır
Maliyyə