"Bohemians"in baş məşqçisi: "Qəbələ"nin qeyri-dəqiqliklərindən yararlandıq"

Futbol
  • 25 yanvar, 2022
  • 05:40
Bohemiansin baş məşqçisi: Qəbələnin qeyri-dəqiqliklərindən yararlandıq

"Dürüst oyun nümayiş etdirdik".

"Report" xəbər verir ki, bunu Çexiyanın "Bohemians" komandasının baş məşqçisi Lüdek Kluşaçek "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis rəqibin qeyri-dəqiqliklərindən və tərəddüdlərindən yararlana bildiklərini söyləyib: "Problemimiz topa daha çox nəzarət edə bilməməyimizlə bağlı idi".

Qeyd edək ki, ilk oyununda Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzan "Qəbələ" isə ikinci sınağında Şimali Makedoniyanın "Borats"ını minimal hesabla yenib - 1:0.