"Dürüst oyun nümayiş etdirdik".
"Report" xəbər verir ki, bunu Çexiyanın "Bohemians" komandasının baş məşqçisi Lüdek Kluşaçek "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.
55 yaşlı mütəxəssis rəqibin qeyri-dəqiqliklərindən və tərəddüdlərindən yararlana bildiklərini söyləyib: "Problemimiz topa daha çox nəzarət edə bilməməyimizlə bağlı idi".
Qeyd edək ki, ilk oyununda Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzan "Qəbələ" isə ikinci sınağında Şimali Makedoniyanın "Borats"ını minimal hesabla yenib - 1:0.