Azərbaycan yığmasından Belarusla oyunları boykot etməsi istənilib

Azərbaycan yığmasından Belarusla oyunları boykot etməsi istənilib Belarus İdman Həmrəyliyi Fondu (BFSS) ölkənin əsas yığmasının UEFA Millətlər Liqasındakı ev oyunlarını boykot etmək üçün Azərbaycan, Slovakiya və Qazaxıstana müraciət ünvanlayıb
Futbol
30 Mart , 2022 17:37
Azərbaycan yığmasından Belarusla oyunları boykot etməsi istənilib

Belarus İdman Həmrəyliyi Fondu (BFSS) ölkənin əsas yığmasının UEFA Millətlər Liqasındakı ev oyunlarını boykot etmək üçün Azərbaycan, Slovakiya və Qazaxıstana müraciət ünvanlayıb.

"Report" Fondun rəsmi teleqram kanalına istinadən xəbər verir ki, bu çağırış Belarus rəhbərliyinin xarici siyasəti və Ukraynadakı müharibədə Rusiyaya dəstək verməsi ilə əlaqədar edilib.

BFSS istəyini sözügedən ölkələrlə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Macarıstan, Serbiya, Gürcüstan, Ermənistan, Moldova, Özbəkistan və Qırğızıstan futbol federasiyalarına da çatdırıb. Fond iyunda Belarus millisi ilə nəinki ölkə daxilində, neytral meydanda belə, heç bir görüş keçirilməməsini xahiş edib.

Azərbaycan millisi Belarusla iyunun 6-da səfərdə, iyunun 13-də isə evdə üz-üzə gəlməlidir. C Liqasının 3-cü qrupunda Slovakiya və Qazaxıstan da yer alıb.

Qeyd edək ki, Belarus İdman Həmrəyliyi Fondu ölkədə baş verən siyasi hadisələrə cavab olaraq 2020-ci ildə təsis olunub. Fondun tərkibində ölkənin görkəmli idman funksionerləri və tanınmış idmançıları, olimpiya oyunlarının və digər beynəlxalq yarışların qalibləri və mükafatçıları yer alıblar.

Son xəbərlər

Orphus sistemi