“Beşiktaş”ın futbolçusu Xorvatiyada donuz ferması açıb

“Beşiktaş”ın futbolçusu Xorvatiyada donuz ferması açıb Bakı. 19 dekabr. REPORT.AZ/ AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida vətənində donuz ferması açıb.
Futbol
19 Dekabr , 2018 11:47
“Beşiktaş”ın futbolçusu Xorvatiyada donuz ferması açıb

Bakı. 19 dekabr. REPORT.AZ/ AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida vətənində donuz ferması açıb.

“Report” xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçinin  özü “24sata” portalına bildirib. Türkiyənin “Beşiktaş” klubunun formasını geyinən futbolçunun sözlərinə görə, fermada 500 baş donuz olacaq: “Zaqrebdəki bir şirkət bütün işi görüb. Mənim hər şeylə məşğul olacaq adamlarım var. Bunlar yerli qara donuzlardır. Əvvələr 200 baş donuzum var idi. İndi onların sayını 500-ə çatdıracağıq. Ətlərin tədarük olunacağı bir neçə restoranım var. Bu, pis biznes deyil”.

Qeyd edək k, Azərbaycan millisi seçmə mərhələyə gələn il martın 21-də səfərdə Xorvatiya ilə oyunla başlayacaq. Bu komandalar Bakıda sentyabrın 9-da qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi