“Bayer 04” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer 04” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub “Bayer” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib.
Futbol
18 May , 2024 20:33
“Bayer 04” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer 04” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qaliblərin qollarını Viktor Bonifas (12-ci dəqiqə) və Robert Andrix (27-ci dəqiqə) vurub. Bununla da "Bayer 04" məğlubiyyətsizlik seriyasını 51 matça çatdırıb.

“Bayer 04” Almaniya çempionatını 90 xalla məğlubiyyətsiz başa vurub. Komanda 34 matçda 28 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Klub tarixdə ilk dəfə ölkə çempionatının qalibi olub.

“Bayer 04”ə qədər Almaniya çempionatında cəmi iki komanda məğlub olmamışdı. “Drezdner” bunu 1942/1943, Berlin “Dinamo”su isə 1982/1983 mövsümündə bacarmışdı.

Bu mövsüm "Bayer 04"ün qarşıda hələ iki final matçı var. Leverkuzenlilər mayın 22-də UEFA Avropa Liqasında həlledici oyunu Dublində İtaliyanın “Atalanta”ya, 25-də isə Almaniya Kubokunda “Kayzerslautern”ə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi