"Bayer 04" cari mövsüm 90-cı dəqiqədən sonra 17 qol vurub
Futbol
- 10 may, 2024
- 08:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bayer 04" klubu 2023/2024 mövsümü ərzində 90-cı dəqiqədən sonra 17 qol vurub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu statistika ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Roma" ilə görüşdən sonra reallaşıb.
Heç-heçə (2:2) bitən oyunda almanlar ikinci qolu 90+7-ci dəqiqədə Yosip Stanişiçin sayəsində rəqib qapısından keçirməklə məğlubiyyətdən xilas olublar.
Qeyd edək ki, "Bayer 04" UEFA Avropa Liqasının finalında İtaliyanın "Atalanta" klubu ilə qarşılaşacaq. Həlledici oyun mayın 22-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq.
Son xəbərlər
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr