"Bavariya" Sadio Manenin keçidi üçün "Liverpul"la anlaşıb

Futbol
  • 17 iyun, 2022
  • 09:47
Bavariya Sadio Manenin keçidi üçün Liverpulla anlaşıb
Sadio Mane

Almaniya "Bavariya"sı İngiltərənin "Liverpul" klubunun futbolçusu Sadio Manenin keçidini həll edib.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, Münhen təmsilçisi seneqallı yarımmüdafiəçinin transferi üçün tələb olunan 50 milyon avro təzminat məbləğini ödəməyə razılıq verib.

30 yaşlı oyunçunun tezliklə Bundesliqanın son çempionu ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

44 filmi