“Bavariya” Almaniya Kubokunun finalına çıxdı - FOTO
- 10 iyun, 2020
- 21:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bavariya” Almaniya Kubokunun yarımfinal matçında “Ayntraxt”la qarşılaşıb.
“Report” xəbər verir ki, Münhendə keçirilən qarşılaşma “Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri artıq 14-cü dəqiqədə yarımmüdafiəçi İvan Perişiçin dəqiq zərbəsi ilə hesabda irəli çıxıblar. Matçın 69-cu dəqiqəsində qonaqlarının müdafiəçisi Danni da Kosta hesabdakı bərabərliyi bərpa edib, ancaq cəmi 5 dəqiqə sonra "Bavariya" yenidən rəqibini oyuna mərkəzdən başlamağa məcbur edib. Bu dəfə hücumçu Robert Levandovski fərqlənib.
Bununla da “Bavariya” Almaniya Kubokunun finalına çıxıb.
Qeyd edək ki, iyunun 9-da keçirilmiş digər yarımfinal matçında "Bayer" "Saarbryukken"i 3:0 hesabı ilə darmadağın edib.
Almaniya Kubokunun final oyunu iyulun 4-də keçirilməlidir.