“Barselona” və “Tottenhem” “Bavariya”nın futbolçusunu almaq istəyir

“Barselona” və “Tottenhem” “Bavariya”nın futbolçusunu almaq istəyir “Bavariya”nın müdafiəçisi Jerom Boatenq yay mövsümündə klubu sərbəst agent qismində tərk edəcək
Futbol
10 Aprel , 2021 05:45
“Barselona” və “Tottenhem” “Bavariya”nın futbolçusunu almaq istəyir
Jerom Boatenq

Almaniyanın “Bavariya” futbol komandasının müdafiəçisi Jerom Boatenq yay mövsümündə klubu sərbəst agent qismində tərk edəcək.

“Report” “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, İspaniyanın “Barselona” və İngiltərənin “Tottenhem” klubları yaranacaq vəziyyətdən yararlanmaq niyyətindədilər.

“Barselona” və “Tottenhem” Boatenqi prioritet hədəflər sırasına daxil ediblər. Klubların rəhbərləri hesab edirlər ki, 32 yaşlı almaniyalı maliyyə böhran şəraitində müdafiəni gücləndirmək üçün əlverişli variant ola bilər, çünki cari mövsüm bitəndən sonra onu tam pulsuz əldə etmək olacaq.

Xatırladaq ki, Jerom Boatenq “Bavariya”ya “Mançester Siti”dən 2011-ci ildə keçib.

Müdafiəçinin Münhen klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin iyun ayına qədər qüvvədədir. Bu mövsüm 32 yaşlı alman futbolçu Almaniya çempionatının 22 matçında iştirak edərək 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha əvvəl Almaniya prokurorluğu "Bavariya"nın futbolçusu Jerom Boatenqə qarşı yenidən iş açıb. Futbolçu dünyasını dəyişən sabiq sevgilisi Kasya Lenhardta ağır xəsarət yetirməkdə ittiham olunur. Futbolçuya qarşı iddianamə Münhen məhkəməsinə 2019-cu ilin fevralında göndərilib. İş "müvəqqəti icraat" mərhələsində olub. Sonra hakim əlavə araşdırmalara qərar verib və ittiham aktını təsdiqləməyib.

Son xəbərlər

Orphus sistemi