"Barselona" türkiyəli futbolçunu göndərir, ispaniyalı hücumçunu alır

"Barselona" türkiyəli futbolçunu göndərir, ispaniyalı hücumçunu alır İspaniya "Barselona"sı futbolçusu Yusuf Demirlə yollarını ayıracaq.
Futbol
25 Dekabr , 2021 09:33
Barselona türkiyəli futbolçunu göndərir, ispaniyalı hücumçunu alır
Ferran Torres

İspaniya "Barselona"sı futbolçusu Yusuf Demirlə yollarını ayıracaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə Avstriyanın "Rapid" (Vyana) klubuna məxsus olan 18 yaşlı hücumçunu heyətdə saxlamaq istəmir.

Türk əsilli oyunçu əsas komandada 9 oyun keçirib. Demir 10-cu dəfə meydana çıxacağı təqdirdə, "Barselona" onu 10 milyon avroya almaq məcburiyyətində qalacaq. Klub forvardı meydana buraxmayacağı üçün ondan yeni komanda axtarması istənilib.

Bundan əlavə, kataloniyalılar İngiltərə "Mançester Siti"sinin hücumçusu Ferran Torresi heyətinə qatıb. Klub yaxın vaxtlarda 21 yaşlı ispaniyalı forvardın transferini açıqlayacaq.

Qeyd edək ki, Yusuf Demirin "Barselona" ilə icarə sözləşməsi mövsümün sonunda başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi