"Barselona"nın əfsanəvi kapitanı vəfat edib
Futbol
- 20 aprel, 2023
- 17:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Jozel Mariya Fuste vəfat edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 82 yaşında dünyasını dəyişib.
Kataloniya təmsilçisinin əfsanəvi kapitanı 1958 - 1972-ci illərdə bu komandanın şərəfini qoruyub. Bu müddətdə 406 oyun keçirən futbolçu 117 qol vurub. Fuste "Barselona"da keçirdiyi 14 il ərzində İspaniya Kuboku, Yarmarkalar Kuboku və UEFA Kubokunu qazanıb.
O, həmçinin, İspaniya yığması ilə 1964-cü il Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, Jozel Mariya Fuste "Barselona" ilə yanaşı, "Kondal", "Osasuna" və "Herkules" komandalarının da formasını geyinib.
Son xəbərlər
07:21
ABŞ-də Trampın prezidentliyinin başlanğıcından 250 min viza ləğv edilib
Digər ölkələr07:01
Zığ şosesində məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
Hadisə06:38
İsveçrədə buzlaqların 5,5 %-dən çoxu bir ildə yoxa çıxıb
Ekologiya06:06
AEBA Rusiya və Ukrayna ilə atəşkəs barədə danışıqlar aparır
Digər ölkələr05:48
"Sotheby's" şəxsi kolleksiyasını 450 milyon dollara hərraca çıxaracaq
Maraqlı05:22
"Axios": Rubio İran nümayəndələrinin Nyu-Yorkdan çıxmasını tələb edib
Digər ölkələr04:53
Süni intellekt biosilahlar yaratmağı və sui-qəsdlər planlaşdırmağı öyrənib
İKT04:17
Tramp: "Flydubai" təyyarəsini santexnik xilas edib
Digər ölkələr03:44