Azərbaycanlı futbolçunun komandası Bolqarıstan Kubokunda 1/4 finala yüksəlib

Futbol
  • 05 dekabr, 2023
  • 13:53
Azərbaycanlı futbolçunun komandası Bolqarıstan Kubokunda 1/4 finala yüksəlib

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan Kubokunda mərhələ adlayıb.

"Report"un məlumatına görə, komanda 1/8 finalda "Liteks"lə üz-üzə gəlib.

Rəqibini 4:1 hesabı ilə üstələyən "Arda" 1/4 finala yüksəlib. Hüseynov bu matça start heyətində başlayıb.

Qeyd edək ki, Cəlal Hüseynov iyunun 24-də Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.