Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb
- 06 noyabr, 2021
- 09:54
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 futbolçuya dəvət göndərib.
Ukraynanın "Aleksandriya" klubunun yarımmüdafiəçisi Emil Mustafayev ilk dəfə yığmaya çağırılıb.
Qeyd edək ki, U-21 noyabrın 12-də "Bakcell Arena"da Avstriyanı, 4 gün sonra isə Norveçi qəbul edəcək.
| 1 | Nicat Mehbalıyev | Qapıçı | Qəbələ |
| 2 | Rüstəm Samiqullin | Qapıçı | Sabah |
| 3 | Əkpər Vəliyev | Qapıçı | Keşlə |
| 4 | Rauf Hüseynli | Müdafiəçi | Zirə |
| 5 | Arsen Ağcabəyov | Müdafiəçi | Sabah |
| 6 | Təbriz İsazadə | Müdafiəçi | Sabah |
| 7 | Abdulla Rzayev | Müdafiəçi | Sabah |
| 8 | Zamiq Əliyev | Müdafiəçi | Qarabağ |
| 9 | Samet Karakoç | Müdafiəçi | Bayrampaşaspor (Türkiyə) |
| 10 | Hüseyn Mürsəlov | Müdafiəçi | Qəbələ |
| 11 | Nihad Quliyev | Müdafiəçi | Qarabağ |
| 12 | Səbuhi Abdullazadə | Yarımmüdafiəçi | Sumqayıt |
| 13 | Asim Əlizadə | Yarımmüdafiəçi | Neftçi |
| 14 | Şakir Seyidov | Yarımmüdafiəçi | Sabah |
| 15 | Fərid Yusifli | Yarımmüdafiəçi | Neftçi |
| 16 | İsmayıl Zülfüqarlı | Yarımmüdafiəçi | Neftçi |
| 17 | Camal Cəfərov | Yarımmüdafiəçi | Sabah |
| 18 | Turan Vəlizadə | Yarımmüdafiəçi | Keşlə |
| 19 | Rüfət Abdullazadə | Yarımmüdafiəçi | Sumqayıt |
| 20 | Ramin Əhmədov | Yarımmüdafiəçi | Zirə |
| 21 | İldar Ələkbərov | Yarımmüdafiəçi | Sabah |
| 22 | Emil Mustafayev | Yarımmüdafiəçi | Alexandriya (Ukrayna) |
| 23 | Mustafa Yıldırım | Hücumçu | Pazarspor (Türkiyə) |
| 24 | Musa Qurbanlı | Hücumçu | Qarabağ |