Azərbaycanın FİFA hakimləri UEFA-nın seminarında iştirak edəcəklər
Futbol
- 25 avqust, 2023
- 08:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın FİFA dərəcəli hakimləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-nın seminarında iştirak edəcəklər.
“Report” xəbər verir ki, E.Məsiyev 29-31 avqust tarixlərində qitə futbol qurumunun baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqrama qatılacaq.
Ə.Ağayev isə sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/2024 yay kursunda iştirak edəcək. Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilən referilər dəvət olunublar.
Toplantının əsas məqsədləri ötən mövsümdə keçirilən oyunların təcrübəsini öyrənmək, yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq və iştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaqdır.
Son xəbərlər
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region