Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb

Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb Futbol üzrə Azərbaycan amputant millisi Türkiyənin "ODTÜ Amputant" klubu ilə birlikdə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Futbol
17 May , 2024 17:55
Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb

Azərbaycanın futbol üzrə amputant millisi Türkiyənin "ODTÜ Amputant" klubu ilə birlikdə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

“Report” Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplanış mayın 25-dək davam edəcək.

Toplanışa Azərbaycan amputant millisinin 23 nəfərdən ibarət oyunçu və məşqçi heyəti ilə yanaşı, Türkiyə klubunun 9 futbolçusu qatılıb.

Qeyd edək ki, Azərbaycan amputant millsi iyunun 1-dən 8-dək Fransanın Evian şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək. 16 komandanın mübarizə aparacağı yarışda dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü komandalar iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi