"Bakı" klubunun sabiq futbolçusu Daniel Oprita xoşagəlməz vəziyyətlə üzləşib.
"Report" "digisport"a istinadən xəbər verir ki, ötən ilin yayından Rumıniyanın "Styaua" komandasına baş məşqçi təyin olunan veteran hücumçu məvacib ala bilmir və hazırda klubda könüllü olaraq çalışır.
Buna səbəb 40 yaşlı mütəxəssisin əvvəlki klubu olan "Mioveni" ilə müqaviləsini pozmamasıdır. I liqa təmsilçisindən pulunu ala bilməyən Oprita yerli federasiyaya müraciət etsə də, onun şikayəti təmin olunmayıb. Nəticədə keçmiş futbolçu İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutub.
"Mioveni" klubunun prezidenti Konstantin Stanku isə onu bu komandada işlədiyi halda başqa klubla müqavilə bağlamaqda ittiham edib.
Qeyd edək ki, Daniel Oprita 2009-cu ildə "Bakı" klubunda çıxış edib.