Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
- 15 mart, 2022
- 15:29
Yeniliklərdən dərhal xəbərdar olun!
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Sloveniya yığması ilə yoldaşlıq oyunları keçirəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş martın 22-də, növbəti matç isə bundan 2 gün sonra baş tutacaq. Hər iki qarşılaşma millinin 21 - 24 martda Sloveniyadakı təlim-məşq toplanışı zamanı oynanılacaq.
Yığma hazırlıq prosesinə isə martın 17-də Bakıda start verəcək. 4 gün davam edəcək toplanışa 25 futbolçu dəvət olunub.
| 1 | Həsənov Sahib | Keşlə FK |
| 2 | Fərzullayev Xəyal | Sumqayit FK |
| 3 | Kazımlı Rəvan | PFK Neftçi |
| 4 | Rüstəmov Emin | Səbail PFK |
| 5 | Xeyrullayev Fariz | PFK Neftçi |
| 6 | Ramazanov İbrahim | Qəbələ İK |
| 7 | Məmmədzadə Hüseyn | Sabah Fk |
| 8 | Süleymanlı Ayxan | Sumqayıt FK |
| 9 | Abbasov Rüfət | PFK Neftçi |
| 10 | Rəşidov Nuğay | MOİK |
| 11 | Mikayılov Həmzəalı | Sabah FK |
| 12 | Məmiyev İxtiyar | Sumqayit FK |
| 13 | Məmmədov Raul | Sabah FK |
| 14 | Şahniyarov Şahin | Qəbələ İK |
| 15 | Axundzadə Nəriman | Qarabağ FK |
| 16 | Əliyev Xəyal | Sabah FK |
| 17 | Səfərov Qurban | Keşlə FK |
| 18 | Quliyev Nicat | Sabah FK |
| 19 | Ağayarov İbrahim | Qarabağ FK |
| 20 | Ağayev Mahmud | Zirə FK |
| 21 | Süleymanov Emil | Qəbələ İK |
| 22 | Abdullayev Firaddin | Sabah FK |
| 23 | Hacıyev Ceyhun | Paderborn 07 IK(Paderborn, Almanya) |
| 24 | Aşurov Şahmar | Sabah FK |
| 25 | Salyanski Ağadadaş | PFK Neftçi |