Azərbaycan Premyer Liqasının oyunları Türkiyədəki zəlzələyə görə sükutla başlayacaq
Futbol
- 06 fevral, 2023
- 07:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında keçiriləcək iki oyun bir dəqiqəlik sükutla başlayacaq.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" qarşılaşmasında Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənlər yad olunacaq.
Sözügedən qarşılaşmalar müvafiq olaraq 14:00-da və 18:00-da start götürəcək.
Qeyd edək ki, Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.
Son xəbərlər
11:30
Məlahət İbrahimqızı: Azərbaycançılıq ideologiyası yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə baxışdır
Daxili siyasət
11:27
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə
11:20
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:16
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
Digər ölkələr
11:08
Azərbaycan əhəng istehsalını 77 % artırıb
Sənaye
11:00
Azərbaycandakı bankların qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:57
Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb
Digər ölkələr
10:40
Azərbaycandakı bankların Mərkəzi Bankdakı vəsaitlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:37
Şahdağa qar yağıb - Faktiki hava
Ekologiya