Azərbaycan Premyer Liqasının dəyəri artıb

Azərbaycan Premyer Liqasının dəyəri artıb Futbol üzrə Azərbaycan Premyer Liqasının dəyəri artıb.
Futbol
31 May , 2023 16:30
Azərbaycan Premyer Liqasının dəyəri artıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının dəyəri artıb.

"Report"un məlumatına görə, bu, "Transfermarkt" saytının yenilədiyi son siyahıda öz əksini tapıb.

Hazırda yüksək dəstədə çıxış edən klubların ümumi dəyəri 71,4 milyon avrodur. Bunadək isə göstərici 67,9 milyon avro olub.

Məbləğin təqribən 1/5-i "Qarabağ"ın payına düşür - 14,45 milyon avro. İkinci sırada 9,68 milyon avro ilə "Sabah" qərarlaşıb. Futbolçu heyətinin ümumi dəyəri 8,95 milyon avro olan "Neftçi" ilk "üçlüy"ü tamamlayır.

Ümumi sıralama isə aşağdakı kimidir:

1. "Qarabağ" - 14,45 milyon avro
2. "Sabah" - 9,68 milyon avro
3. "Neftçi" - 8,95 milyon avro
4. "Zirə" - 8,4 milyon avro
5. "Qəbələ" - 6,5 milyon avro
6. "Turan Tovuz" - 5,98 milyon avro
7. "Sumqayıt" - 4,93 milyon avro
8. "Səbail" - 4,85 milyon avro
9. "Kəpəz" - 4,08 milyon avro
10. "Şamaxı" - 3,6 milyon avro

Son xəbərlər

Orphus sistemi