Azərbaycan Premyer Liqasında peyvəndli futbolçular testdən azad edilib

Azərbaycan Premyer Liqasında peyvəndli futbolçular testdən azad edilib Azərbaycan Premyer Liqasında iki vaksin dozasını qəbul etmiş və ya immunitet sertifikatı olan futbolçulardan oyunlardan əvvəl koronavirus testinin götürülməsi dayandırılıb
Futbol
15 Dekabr , 2021 15:54
Azərbaycan Premyer Liqasında peyvəndli futbolçular testdən azad edilib

Azərbaycan Premyer Liqasında iki vaksin dozasını qəbul etmiş və ya immunitet sertifikatı olan futbolçulardan oyunlardan əvvəl koronavirus testinin götürülməsi dayandırılıb.

Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovun "Report"a verdiyi məlumata görə, qərar bir neçə tur əvvəl qəbul olunub.

E.Abbasov bildirib ki, bu, görüşlərə təyinat alan hakimlərə də şamil edilib. "Biz yerli qanunlarla yanaşı, AFFA və PFL olaraq, UEFA yeniləmələrini də izləmişik. Vaksinin ilk dozasını qəbul edənlər testlərə cəlb olunur. Klubların həkimləri ilə daim əlaqədəyik. Hər hansı simptom olarsa, həmin şəxslər vaksinləri olmasına baxmayaraq, testə cəlb oluna bilərlər. Bu addım atılarkən UEFA-nın sonuncu qaydaları da izlənilib".

Abbasov "Hazırda Premyer Liqada vaksin olunmayan futbolçular varmı" sualına qısa cavab verib: "Ümumilikdə deyə bilərəm ki, klublarda testdən keçənlərin sayı minimum həddədir".

PFL rəsmisi onu da əlavə edib ki, qərara əsasən komandaların və hakimlərin oyuna əvvəlki qaydada – birgə çıxışına icazə verilib: "Açıq havada media tribunasının tam istifadəsi, oyunun fasiləsi zamanı media otağının istifadəsi təsdiqlənib. Klublar eyni zamanda ehtiyat skamyalardan tam şəkildə istifadə edə bilərlər. Məlumat üçün bildirim ki, qaydalar vəziyyətə uyğun dəyişdirilə bilər".

Son xəbərlər

Orphus sistemi