Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turunun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, "11-lik" “InStat” şirkətinin təhlili əsasında məlum olub. Heyətə "Qarabağ"ın 9 futbolçusu düşüb.
Qapıçı: Səlahət Ağayev (“Neftçi”) - 10
Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”) -4,
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 9, Riçard Almeyda (“Qarabağ”) - 5, Markos Madera (“Qarabağ”) - 6, Dani Kintana (“Qarabağ”) - 8
Hücumçular: Oke Akpoveta (“Səbail”), Mahir Mədətov (“Qarabağ”) - 8
Turun ən yaxşı oyunçusu isə Abdullah Zubir seçilib. "Neftçi"nin qapıçısı Səlahət Ağayev isə hamıdan çox - 10-cu dəfə rəmzi komandaya daxil edilib.