Azərbaycan Premyer Liqası: "Sumqayıt" yenə qələbə qazana bilməyib

Futbol
  • 18 mart, 2022
  • 14:56
Azərbaycan Premyer Liqası: Sumqayıt yenə qələbə qazana bilməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASK Arena"dakı görüşdə qalib müəyyənləşməyib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 45-ci dəqiqədə Amil Yunanov fərqlənib. Matçda ikinci qolu da paytaxt təmsilçisi vurub. Franko Flores 57-ci dəqiqədə avtoqol müəllifi olub. Beləliklə, "gənclik şəhəri" təmsilçisi Aleksey Baqanın rəhbərliyi altında yenə qələbəyə həsrət qalıb.

Bu nəticədən sonra xallarını 19-a çatdıran "Keşlə" 6-cı pillədəki mövqeyini qoruyub. 14 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Qəbələ" ilə qarşılaşacaq.

Qeyd edək ki, tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası: "Sumqayıt" yenə qələbə qazana bilməyib