Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib
Futbol
- 27 yanvar, 2024
- 15:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 44-cü dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+9-cu dəqiqədə isə Sofian Çakla penaltini dəqiq yerinə yetirib.
Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "bayquşlar" 6-cı sıradakı "Turan Tovuz"a çatıb. "Qartallar" isə 30 xalla ikincidir.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qarabağ" "Kəpəz"ə (2:1) qalib gəlib. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"i məğlub edib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
Son xəbərlər
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region