Azərbaycan Premyer Liqası: "Neftçi" qələbə sayəsində 2-ci pilləyə yüksəlib

Futbol
  • 13 mart, 2022
  • 16:38
Azərbaycan Premyer Liqası: Neftçi qələbə sayəsində 2-ci pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. "Gənclik şəhəri" təmsilçisi 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə tarazlığı qoyub. Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. 82-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.

84-cü dəqiqədə qonaqların heyətində Sadıxov zədələnərək meydanı tərk edib.

Bu nəticədən sonra xallarını 34-əə çatdıran "ağ-qaralar" 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 13 xalla yeddincidir.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" isə "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. Bu gün keçirilməli olan "Qəbələ" - "Zirə" matçı isə güclü qar səbəbindən 65-ci dəqiqədə dayandırılıb. Martın 14-nə təxirə salınanan qarşılaşma saat 12:30-da qaldığı dəqiqədən davam etdiriləcək.

Azərbaycan Premyer Liqası: "Neftçi" qələbə sayəsində 2-ci pilləyə yüksəlib

44 filmi