Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Futbol
4 Dekabr , 2022 16:31
Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kəpəz" Gəncədə "Sumqayıt"ı qəbul edib. Autsayderlərin duelində qonaqlar minimal hesablı qələbə qazanıb. Yeganə qolu 89-cu dəqiqədə kapitan Vurğun Hüseynov vurub.

84-cü dəqiqədə "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Vüqar Mustafayev ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra "sarı-göylər" 10 xalla 9-cu, "gənclik şəhəri" təmsilçisi isə 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Tura bu gün saat 17:00-da başlayacaq "Zirə" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Şamaxı” Bakıda “Sabah”la heç-heçə edib - 1:1.

Son xəbərlər

Orphus sistemi