Azərbaycan millisinin skautu: “Futbolçularımız “Trabzonspor”da oynaya bilərlər”

Azərbaycan millisinin skautu: “Futbolçularımız “Trabzonspor”da oynaya bilərlər” “Azərbaycanlı futbolçular “Trabzonspor”da oynaya bilərlər”.
Futbol
11 may 2023 12:31
Azərbaycan millisinin skautu: “Futbolçularımız “Trabzonspor”da oynaya bilərlər”

“Azərbaycanlı futbolçular “Trabzonspor”da oynaya bilərlər”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin skautu İlqar Qurbanov Türkiyənin “Trabzonspor” klubunun vitse-prezidenti Serkan Kılıçla görüşünün təfərrüatı barədə danışarkən deyib.

Azərbaycan yığmasının sabiq futbolçusu Bakıda səfərdə olan Trabzon klubunun rəsmisi ilə söhbət zamanı ona bir neçə gənc oyunçunu təklif etdiyini söyləyib: “Serkan Kılıça 1-2 futbolçu təklif etdim. Bildirdi ki, həmin uşaqlara baxmaq üçün skautlarını göndərəcəklər. 16-17 yaşlı bəzi futbolçularımızın “Trabzonspor”a yollanması üçün çalışırıq. Ümid edirəm ki, gələcəkdə bu baxımdan onlarla əməkdaşlığımız olar”.

İ.Qurbanov legioner həyatı yaşayan azərbaycanlı oyunçuların sayının artması üçün xarici klublarla əlaqələrinin möhkəmləndirilməsi istiqamətində işlərini davam etdirəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi