Millinin skautu: “Ayaz Quliyev karyerasını Rusiyada davam etdirmək istəyir”

Millinin skautu: “Ayaz Quliyev karyerasını Rusiyada davam etdirmək istəyir” “Ayaz Quliyevlə söhbətdə belə başa düşdüm ki, karyerasını Rusiyada davam etdirmək istəyir”.
Futbol
25 Yanvar , 2023 18:07
Millinin skautu: “Ayaz Quliyev karyerasını Rusiyada davam etdirmək istəyir”

“Ayaz Quliyevlə söhbətdə belə başa düşdüm ki, karyerasını Rusiyada davam etdirmək istəyir”.

Bunu “Report”a müsahibəsində Azərbaycan millisinin skautu İlqar Qurbanov yığmaya çağırılması gündəmdə olan Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyevlə görüşü barədə danışarkən deyib.

Gənc mütəxəssis Antalyada bir araya gəldiyi 27 yaşlı yarımmüdafiəçinin Azərbaycan klublarına keçmək variantına müsbət yanaşmadığını söyləyib. Onun sözlərinə görə, oyunçu Rusiyada legioner sayılmamaq üçün Azərbaycan millisində oynamaqda tərəddüd edir: “Görüşümüzün səbəbi milli komanda idi. Real yanaşsaq, Ayazın Rusiyada qaldıqca Azərbaycan millisinə gəlmək şansı az görünür. Belədə Rusiyada legioner sayılacaq. Bir tərəfdən futbolçunu da qınaya bilmirəm. Çünki pasportunu dəyişdikdən sonra Rusiyada legioner kimi çıxış etməli olacaq. Bu, böyük problemdir”.

İlqar Qurbanovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi