Azərbaycan millisinin sabiq üzvü Çempionlar Liqasının bombardirləri siyahısında yer alıb

Azərbaycan millisinin sabiq üzvü Çempionlar Liqasının bombardirləri siyahısında yer alıb UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların adları açıqlanıb.
Futbol
28 Sentyabr , 2023 11:29
Azərbaycan millisinin sabiq üzvü Çempionlar Liqasının bombardirləri siyahısında yer alıb

UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların adları açıqlanıb.

"Report"un məlumatına görə, siyahıda Azərbaycan yığmasının sabiq oyunçusu və hazırda komandada baş məşqçi kimi işləyən Vitali Borisov da var.

Uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin, Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan keçmiş futzalçı 45 qol vurub.

O, bu göstərici ilə 4-cü pillədədir. Lider isə Portuqaliya yığmasının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qol var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Kirilo qapayır – 44 qol.

Qeyd edək ki, Vitali Borisov hazırda “Araz-Naxçıvan” klubunun da baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi