"Sumqayıt" millimizin sabiq futbolçusuna məşqçilik təklif etdi

"Sumqayıt" millimizin sabiq futbolçusuna məşqçilik təklif etdi "Sumqayıt" klubu Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikova yeni iş təklif edib.
Futbol
369
14 Avqust , 2020 12:26
Sumqayıt millimizin sabiq futbolçusuna məşqçilik təklif etdi
Rail Məlikov

"Sumqayıt" klubu Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikova yeni iş təklif edib. 

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

39 yaşlı mütəxəssis bildirib ki, 35 yaşlı təcrübəli müdafiəçiyə klubun akademiyasında işləmək tövsiyə edilib. Abbasov Məlikovun akademiyada məşqçiliyə başlamasını istədiyini söyləyib: "Əlbəttə, müəyyən səbəblərə görə seçimi özü etməlidir. Əvəzedici heyətdə məşqçi olmasını təklif etdik. Rail Məlikov böyük karyeraya malik təcrübəli futbolçudur. İnanıram ki, gələcəkdə yaxşı məşqçi olacaq. Özü seçim etməlidir, amma nə vaxtsa başlamaq lazımdır. Biz də ona əlimizdən gələn köməkliyi etməyə hazırıq". 

Qeyd edək ki, "Sumqayıt" 2016-cı ildən komandada çıxış edən Rail Məlikovla bu yay yollarını ayırıb. 2004 - 2011-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş müdafiəçi ölkədə "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın da formasını geyinib. Məlikov 2014/2015 mövsümündə Türkiyədə "Denizlispor"da legioner həyatı yaşayıb. 

Orphus sistemi