Azərbaycan millisinin qapıçısı Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib
Futbol
- 06 aprel, 2019
- 10:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" klubunun heyətində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 25 yaşlı qolkiper Premyer Liqada IV turun "Aktobe" ilə ev matçında forma geyinib. Görüş "Tobol"un qələbəsi ilə yekunlaşıb - 2:1. Sonadək meydanda olan Balayev 89-cu dəqiqədə öz səhvi nəticəsində qapısından top buraxıb.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Tobol" 2-ci pillədə qalıb. Kostanay təmsilçisi 9 qol vurduğu halda qapısından cəmi 2 top buraxıb. Turnir cədvəlinə eyni xala malik "Astana" başçılıq edir.
Qeyd edək ki, Emil Balayev "Tobol"a qışda "Səbail" klubundan keçib.
Son xəbərlər
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1