Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçir

Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçir Keçidinin tezliklə açıqlanacağı vurğulanıb
Futbol
18 Yanvar , 2024 09:07
Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçir

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirməyə çox yaxındır.

"Report" "Weszlo" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi LKS (Lodz) komandasında çıxış edə bilər.

Keçidin tezliklə açıqlanacağı vurğulanıb.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi