Azərbaycan millisinin Fransadakı açıq məşqinin vaxtı açıqlanıb
Futbol
- 07 oktyabr, 2025
- 12:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya qarşı keçirəcəyi oyundan əvvəl açıq məşqinin vaxtı bəlli olub.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq hazırlıq prosesi oktyabrın 9-da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bundan yarım saat əvvəl baş məşqçi Ayxan Abbasov mətbuat konfransına qatılacaq.
Eyni gündə, saat 14:15-də Fransa yığmasının baş məşqçisi Didye Deşamın mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi planlaşdırılıb.
Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.
Son xəbərlər
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:44
Foto
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərdi
09:38
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Region
09:37
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
09:35
EHF Avropa Kuboku: "Kür" komandası bu gün cavab matçına çıxacaq
Komanda
09:33
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.10.2026)
Maliyyə