Azərbaycan millisinin Estoniya ilə matç üçün heyəti: Ən çox və ən az oynayanlar – ARAŞDIRMA

Azərbaycan millisinin Estoniya ilə matç üçün heyəti: Ən çox və ən az oynayanlar – ARAŞDIRMA AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə oyun üçün Azərbaycan millisinə çağırılan futbolçuların 2022/2023 mövsümündə Premyer Liqada keçirdikləri oyun sayı müəyyənləşib.
Futbol
6 İyun , 2023 16:26
Azərbaycan millisinin Estoniya ilə matç üçün heyəti: Ən çox və ən az oynayanlar – ARAŞDIRMA

AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə oyun üçün Azərbaycan millisinə çağırılan futbolçuların 2022/2023 mövsümündə Premyer Liqada keçirdikləri oyun sayı müəyyənləşib.

“Report”un araşdırmasına görə, yığmaya daxili birincilikdən dəvət edilən 22 oyunçu arasında ən stabili kapitan Emin Mahmudovdur.

31 yaşlı yarımmüdafiəçi çempionatın 36 matçının hamısında iştirak edib. “Qarabağ”ın heyətində 22 qolla Premyer Liqanın bombardiri olan Ramil Şeydayev cəmi bir qarşılaşmanı buraxıb. “Sabah”ın üzvləri Aleksey İsayev, Amin Seydiyev və “Zirə”nin oyunçusu Qismət Alıyev 34 matçda meydanda olublar.

Millinin baş məşqçisi Canni De Byazi bəzi oyunçuları dəvət etdiyi üçün yenə tənqid obyektinə çevrilib. İtaliyalı mütəxəssisin, xüsusən də, Azər Salahlı, Namik Ələskərov, Filip Ozobiç, Toral Bayramov və Höccət Haqverdi kimi oyunçuları çağırması birmənalı qarşılanmayıb.

Məsələn, Ozobiç 20 görüşdə iştirak edib ki, onda da cəmi 841 dəqiqə meydanda olub. Həmçinin, adları sadalanan digər futbolçular da ötən mövsüm klublarında müntəzəm iştirak edə bilməyiblər.

Milli üzvləri arasında 2022/2023 mövsümündə ən az görüşə çıxan futbolçu Şahruddin Məhəmmədəliyevdir. “Qarabağ”ın qapıçısı zədə səbəbindən Premyer Liqanın cəmi 11 matçında çərçivəni qoruyub.

Klubu

Futbolçu

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

“Neftçi”

Emin Mahmudov

36

3002

17

3

0

“Qarabağ”

Ramil Şeydayev

35

2277

22

1

0

“Sabah”

Aleksey İsayev

34

2964

3

10

0

“Sabah”

Amin Seydiyev

34

2812

0

10

0

“Zirə”

Qismət Alıyev

34

2776

0

5

0

“Sabah”

Yusif İmanov

33

2970

-23

0

0

“Şamaxı

Cəlal Hüseynov

33

2895

0

3

0

“Səbail”

Emil Balayev

33

2882

-55

2

0

“Sabah”

Elvin Camalov

33

2697

2

10

0

“Qarabağ”

Musa Qurbanlı

32

2202

21

4

0

“Zirə”

Rüstəm Əhmədzadə

32

1794

2

2

0

“Qəbələ”

Emil Səfərov

31

1107

1

6

0

“Zirə”

Coşqun Diniyev

30

1901

2

4

2

“Qarabağ”

Elvin Cəfərquliyev

29

2359

5

5

0

“Qarabağ”

Bəhlul Mustafazadə

25

2009

2

5

0

“Neftçi”

Azər Salahlı

23

1409

0

1

0

“Sabah”

Namik Ələskərov

23

1000

2

3

0

“Qarabağ”

Bədavi Hüseynov

20

1274

0

1

0

“Qarabağ”

Filip Ozobiç

20

841

3

1

0

“Qarabağ”

Toral Bayramov

18

1034

1

1

0

“Neftçi”

Höccət Haqverdi

16

1184

0

2

0

“Qarabağ”

Şahruddin Məhəmmədəliyev

11

990

-3

3

0

Qeyd edək ki, siyahıda yalnız ölkə daxilində çıxış edən futbolçular yer alıblar. Yığmaya legioner həyatı yaşayanlardan yalnız Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə) və Mahir Emreli (“Konyaspor”, Türkiyə) çağırılıblar.

Son xəbərlər

Orphus sistemi