Azərbaycan millisinin baş məşqçisi: Hədəfimiz Avropa çempionu olmaq idi

Azərbaycan millisinin baş məşqçisi: Hədəfimiz Avropa çempionu olmaq idi Hədəfimiz Avropa çempionu olmaq idi.
Futbol
14 May , 2024 12:39
Azərbaycan millisinin baş məşqçisi: Hədəfimiz Avropa çempionu olmaq idi

Hədəfimiz Avropa çempionu olmaq idi.

Bunu “Report”a açıqlamasında sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vahid Tarverdiyev deyib.

O, Serbiyanın Novi Sad şəhərində təşkil olunan Avropa çempionatında idmançılarımızın çıxışını dəyərləndirib: “Gənclər və İdman Nazirliyinin və Azərbaycan Sambo Federasiyasının dəstəyi ilə Göygöl Olimpiya İdman Kompleksində 15 gün təlim-məşq toplanışı keçirildi. İdmançılarımız həvəslə hazırlaşırdılar. Hər bir yaş qrupunda favorit samboçularımız var. Çempion olmağı təkcə Elvin Bağırov bacardı. İdmançılarımızdan yüksək nəticələr gözləyirdik. Böyüklər, gənclər, həmçinin yeniyetmələr arasında mükafatçılar oldu. Çox çalışmaq və qızıl medallar qazanmaq istəyirik. Böyüklərdən ibarət komandadakı samboçularımızın hamısı gəncdirlər. Növbəti yarışlarda bir deyil, hər yaş qrupunda bir neçə qızıl medal qazanmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb.

Son xəbərlər

Orphus sistemi