Azərbaycan millisi Tacikistanla heç-heçə etdi

Futbol
  • 06 fevral, 2020
  • 15:23
Azərbaycan millisi Tacikistanla heç-heçə etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

"Report"un məlumatına görə, milli Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Yığmanın heyətində Nicat Quliyev fərqlənib.

Qeyd edək ki, U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın "Hellerup" klubuna qarşı keçirəcək.