Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq Komandalar "İnter"in sabiq futbolçusu Filipe Maçadonu yad edəcək
Futbol
1 Dekabr , 2016 14:35
Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İnter" - "Qaradağ Lökbatan" oyunundan öncə bir dəqiqəlik sükut elan olunacaq.

Bu barədə "Report"a "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Onun sözlərinə görə, anma tədbiri içərisində Braziliyanın "Şapekoense" klubu üzvlərinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş "İnter"in sabiq müdafiəçisi Filipe Maçado üçün nəzərdə tutulub: "Məsələ ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etdik. Qurum müraciətimizi müsbət cavablandırdı. Oyundan öncə bir dəqiqəlik sükutla sabiq futbolçumuzu yad edəcəyik".

Dekabrın 2-də "İnter Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Kolumbiyada baş vermiş təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın "Şapekoense" komandasının üzvü Filipe Maçado 2009-2010 mövsümünün ikinci, 2010-2011 mövsümünün ilk yarısında "İnter"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi