Azərbaycan klubunun sabiq baş məşqçisi sentyabrın ən yaxşısı seçilib

Futbol
  • 10 oktyabr, 2024
  • 09:37
Azərbaycan klubunun sabiq baş məşqçisi sentyabrın ən yaxşısı seçilib
Murad Musayev

Azərbaycanın "Sabah" klubunun sabiq baş məşqçisi, hazırda "Krasnodar" komandasına rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşısı seçilib.

"Report" Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, on ekspertdən doqquzu səsvermə zamanı məhz M.Musayevə üstünlük verib.

"Krasnodar" sentyabrda meydana çıxdığı 3 oyunda 9 xal toplayıb. Komanda hazırda 27 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, 40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.

44 filmi