Azərbaycan klubunun sabiq baş məşqçisi sentyabrın ən yaxşısı seçilib

Azərbaycan klubunun sabiq baş məşqçisi sentyabrın ən yaxşısı seçilib "Sabah" klubunun sabiq baş məşqçisi, hazırda Rusiyanın "Krasnodar" komandasına rəhbərlik edən Murad Musayev Premyer Liqada sentyabr ayının ən yaxşısı seçilib.
Futbol
10 Oktyabr , 2024 13:37
Azərbaycan klubunun sabiq baş məşqçisi sentyabrın ən yaxşısı seçilib

Azərbaycanın "Sabah" klubunun sabiq baş məşqçisi, hazırda "Krasnodar" komandasına rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşısı seçilib.

"Report" Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, on ekspertdən doqquzu səsvermə zamanı məhz M.Musayevə üstünlük verib.

"Krasnodar" sentyabrda meydana çıxdığı 3 oyunda 9 xal toplayıb. Komanda hazırda 27 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, 40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.

Son xəbərlər

Orphus sistemi