Futbol üzrə Azərbaycan II Liqasının çempionu bəlli olub.
“Report” xəbər verir ki, XXV tur çərçivəsində doğma meydanda “Dinamo” komandasına qalib gələn (4:2) “Baku Sportinq” xallarının sayını 61-ə çatdıraraq qızıl medalları özü üçün təmin edib.
Paytaxt təmsilçisi mövsümün başa çatmasına 1 tur qalmış 56 xala malik “Füzuli”ni qabaqlayıb.
Qeyd edək ki, “Baku Sportinq” 2024/2025 mövsümündən etibarən Azərbaycan I Liqasında çıxış edəcək.